İlqar Həsənov: Erməni işğalının əsl siması | DEFAKTO.AZ İlqar Həsənov: Erməni işğalının əsl siması – DEFAKTO.AZ

İlqar Həsənov: Erməni işğalının əsl siması

61

Hadrut qəsəbəsinə televiziya ekranlarında baxdıqda hər kəs bir daha görür ki, ermənilər bu torpaqları özləri üçün doğma torpaq saymırdılar. Burada demək olar ki, 30 il ərzində heç nə dəyişilməyib. Yəni, kütləvi səfalət hökm sürüb, bir daş daş üstünə qoyulmayıb. Bəzi binalarda ümumiyyətlə insan necə yaşaya bilər, böyük sualdır. Sual olunur, bəs 30 il ərzində Ermənistan dövləti xarici ermənilərdən milyonlarla pul alıb.

Onlar hər il marafon düzəldirdilər, hər il təqribən yüz milyon dollardan çox pul yığılırdı. Prezident İlham Əliyev Tuğ kəndində də eyni vəziyyətin olduğunu bildirdi – dağıdılmış məktəb, mədəniyət evi, yararsız binalar. Bir daha məlum oldu ki, ermənilər işğalı bundan sonra 30 il də davam etdirmək istəyirdilər. Beynəlxalq ictimaiyyət də, bu məsələ ilə məşğul olanlar da demək olar ki, buna göz yumurdular. Biz Ali Baş Komandanımızın rəhbərliyi ilə buna son qoyduq. Demək istəyirəm ki, bir il bundan əvvəl Hadrutun azad olunması bir daha tarixi hadisə sayıla bilər. Çünki bundan sonra biz artıq müxtəlif istiqamətlər üzrə Zəfər yürüşümüzü davam etdirdik.

Hadrutun bərpası üzrə baş plana iradlarının olduğunu deyən dövlətimizin başçısı yaxın 1 ay ərzində memar və inşaatçıların yeni plan üzərində işləyəcəklərini, məqbul sayılacaq halda təsdiqlənəcəyini bildirdi: “Bu gün isə artıq Hadrutun bərpası işlərinə start verildi. Avtomobil yolunun təməli qoyuldu. Dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yolları çəkiləcək, “Hadrut” yarımstansiyası tikiləcək, onun təməli qoyuldu və Hadrutda məscidin tikintisinə də start verildi. Məscidin də təməlini mən qoydum və hesab edirəm ki, bu da tarixi hadisədir. Çünki sovet vaxtında Hadrut qəsəbəsində yaşayanların əksəriyyəti ermənilər idi. Onlar, əlbəttə ki, burada məscidin inşasına imkan verməzdilər və bilirik ki, bütövlükdə sovet dövründə – ateizm dövründə məscid tikmək mümkün deyildi”.


Xocavənd rayonunu turizm potensialının geniş olduğunu söyləyən Prezident burada tarixi körpülər, eyni zamanda Azıx və Tağlar mağarası yerləşir. Tarixi abidələrlə zəngin olan bu yerlərdə turizm mərkəzləri, otellər tikmək üçün azərbaycanlı və xarici investorları da dəvət etmək istəyirəm. Çünki dünyada Xocavənd kimi, Hadrut qəsəbəsi kimi gözəl səfalı yerlər çox azdır. Ona görə bax, bu bölgənin saf təbiətini biz qorumalıyıq. Vətəndaşlar bura qayıtdıqdan sonra, ilk növbədə, bu təbiətin qorunmasına gərək özləri fikir versinlər və əlbəttə, dövlət də öz üzərinə düşən vəzifələri icra edəcək.


Qarabağın azad olunması Azərbaycanın haqqı idi. Azərbaycanın Prezidenti bu yolda mümkün olan bütün zəruri addımları atdı. Azad olunmuş torpaqların nəhəng tikinti meydanına çevrilməsi də İlham Əliyev zəkasının məhsuludur. Biz İlham Əliyev şəxsində sübut etdik ki, Azərbaycan lideri “dəmir yumruğa” malik olmaqla yanaşı, həm də qurub-yaradan kimi də tarixə düşüb. Belə liderə malik olan xalq, dövlət, xariqələr yaratmağa qadirdir. Heç kimin şübhəsi olmasın ki, ən yaxın zaman kəsiyində Qarabağımız əvvəlki füsunkar gözəlliyini bərpa edəcək, daha da inkişaf edərək sözün əsl mənasında dünyanın ən böyük, ən gözəl bağına – cənnət bağına çevriləcək.

İlqar Həsənov,

Göytəpə şəhər sakini


  




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir