Prokuror Rövşən Əkbərova 11 il həbs cəzası istədi | DEFAKTO.AZ Prokuror Rövşən Əkbərova 11 il həbs cəzası istədi – DEFAKTO.AZ

Prokuror Rövşən Əkbərova 11 il həbs cəzası istədi

231

Bakı Hərbi Məhkəməsində 20 il öncə Ukraynada iş adamı Elçin Əliyevi öldürməkdə təqsirləndirilən, sabiq birlik komandiri general-leytenant Rövşən Əkbərovun məhkəmə prosesi keçirilib.

Defakto.az qafqazinfo.az saytına istinadən xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək cinayətin üzərindən 20 ildən uzun müddət keçdiyini bildirib. Buna görə R.Əkbərovun ittiham edildiyi Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddənin təsirdən düşdüyünü nəzərə olaraq, onun 12.1, 120.2.2 (qəsdən adam öldürmə) maddələri ilə təqsirli bilinməsini istəyib.

Prokuror Rövşən Əkbərovun 11 il azadlıqdan məhrum edilməsini təklif edib.

R.Əkbərovun vəkilləri çıxış üçün vaxt istəyiblər. Proses 22 oktyabrda davam etdiriləcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir