Sabir Rüstəmxanlı qiymət artımı ilə bağlı parlamentdə dinləmə keçirilməsini təklif edib | DEFAKTO.AZ Sabir Rüstəmxanlı qiymət artımı ilə bağlı parlamentdə dinləmə keçirilməsini təklif edib – DEFAKTO.AZ

Sabir Rüstəmxanlı qiymət artımı ilə bağlı parlamentdə dinləmə keçirilməsini təklif edib

52

“Bizdə büdcənin müzakirələri çox qısa keçir”.

Defakto.az apa.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Deputat təklif edib ki, büdcə müzakirələrinə ayrılan vaxt uzadılsın:

“Burada olan deputatların hər birinin seçildiyi dairənin problemlərini səsləndirmək, bu məsələlərin büdcədə yer almasını istəyirlər”.

S.Rüstəmxanlı eyni zamanda qiymət artımı ilə bağlı dinləmə keçirilməsini də təklif edib:

“Bu, əhalini ciddi narahat edir. Qiymətlərin artmasının əsası olub-olmaması ilə bağlı yığıncaq keçirməliyik”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir