Vilayət Eyvazov arvadını güllələyib öldürən polislə bağlı ƏMR İMZALADI | DEFAKTO.AZ Vilayət Eyvazov arvadını güllələyib öldürən polislə bağlı ƏMR İMZALADI – DEFAKTO.AZ

Vilayət Eyvazov arvadını güllələyib öldürən polislə bağlı ƏMR İMZALADI

53

Bakıda arvadını öldürən polis daxili işlər orqanlarından xaric edilib.

Defakto.az bildirir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Nizami rayon Polis İdarəsinin Post Patrul Bölüyünün polis nəfəri İsmayıl Məmmədov daxili işlər orqanlarından xaric edilib.

Xatırladaq ki, Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən Nizami RPİ-nin 24-cü Polis Şöbəsində şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı xidməti silahdan atəş açaraq Xanım Məmmədovanı öldürüb.

27 yaşlı qadın aldığı güllə yaralarından hadisə yerində dünyasını dəyişib.

Hadisədən sonra İ.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir. İ.Məmmədov bu gün məhkəmə qarşısına çıxarılacaq. Onun barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

Qeyd edək ki, qanunvericilikdə cinayət törədən və haqqında Cinayət İşi açılan hüquq-mühafizə orqanı əməkdaşı dərhal sistemdən uzaqlaşdırılmalıdır.

Bu məsələ Azərbaycan Respublikasının Polis haqqında qanunda öz əksini tapır:
34-cü maddənin III bəndinə əsasən həmin şəxs Daxili işlər orqanlarından xaric edilib.

Polis əməkdaşının xidmətdən xaric edilməsi

3) cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar olduqda.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir