Biləsuvarın sabiq icra başçısı Mahir Quliyevin vəziyyəti ağırlaşıb | DEFAKTO.AZ Biləsuvarın sabiq icra başçısı Mahir Quliyevin vəziyyəti ağırlaşıb – DEFAKTO.AZ

Biləsuvarın sabiq icra başçısı Mahir Quliyevin vəziyyəti ağırlaşıb

58

Biləsuvar rayon İcra Hakimiyyətinin koronavirusa yoluxan və həbsdə olan sabiq başçısı Mahir Quliyevin vəziyyəti ağırlaşıb.

Defakto.az xəbər verir ki, bunu “DEFAKTO.az”a açıqlamasında onun vəkili deyib.

Onun sözlərinə görə, həkimlər Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalında müalicə alan M.Quliyevin səhhətində müsbətə doğru heç bir dəyişiklik olmadığını qeyd edirlər.

Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.

Ötən il aprelin 30-da isə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir