Bakıda koronavirus xəstələrinin müalicəsi üçün quraşdırılan modul tipli xəstəxanalardan biri fəaliyyətini dayandırıb.
Defakto.az “DEFAKTO.az”a istinadən xəbər verir ki, söhbət paytaxtın Bilgəh qəsəbəsində 28 saylı birləşmiş şəhər xəstəxanasına təhkim olunmuş modul tipli xəstəxanadan gedir.
Artıq bu gün xəstəxanada koronavirusdan müalicə olunan sonuncu xəstə sağalaraq evə buraxılıb.
Həmçinin xəstəxanada fəaliyyət göstərən həkim heyəti də öz daimi iş yerlərinə qayıdıblar.
Qeyd edək ki, paytaxtın Bilgəh qəsəbəsində quraşdırılan modul tipli xəstəxana kompleksi ötən ilin iyun ayında istifadəyə verilib.