27 sentyabr Vətən müharibəsinin Anım Günü ilə əlaqədar tədbir başlayıb.
Defakto.az xəbər verir ki, hərbçilərimiz əllərində Vətən müharibəsi şəhidlərinin şəkillərini tutublar. Hərbçilərimizin son dayanacağı Hərbi Qənmətlər Parkı olacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.