Bu gün Müqəddəs Bakirə Məryəm kilsəsində şəhidlərin xatirəsinə dua mərasimi təşkil edilib.
Defakto.az saytı DEFAKTO.az-ya istinadən xəbər verir ki, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi, yepiskop Vladimir Feketenin iştirakı ilə keçirilən mərasimdə dini ayinlər icra edilib, şəhidlərin ruhuna dualar oxunub.
Yepiskop Azərbaycan xalqına sülh və rifah arzulayıb.