BEYNƏLXALQ ƏMƏKDAŞLIQ VƏ TƏHLÜKƏSİZLİYƏ TÖHFƏLƏR | DEFAKTO.AZ BEYNƏLXALQ ƏMƏKDAŞLIQ VƏ TƏHLÜKƏSİZLİYƏ TÖHFƏLƏR – DEFAKTO.AZ

BEYNƏLXALQ ƏMƏKDAŞLIQ VƏ TƏHLÜKƏSİZLİYƏ TÖHFƏLƏR

58

Bu gün dünyada baş verən müxtəlif proseslər – yeni müharibə ocaqlarının yaranması, ölkələr arasında enerji daşıyıcılarının nəqli sahəsində problemlərin və mübahisələrin yaşanması göstərir ki, ayrı-ayrı dövlətlər enerji təhlükəsizliyi barədə daha ciddi düşünməli, xüsusən, alternativ nəql sistemlərinin yaradılması istiqamətində müəyyən tədbirlərin həyata keçirilməsi istiqamətində ciddi addımlar atmalıdırlar. Bu baxımdan zəngin neft-qaz ehtiyatlarına malik Azərbaycan həmişə alternativ nəql imkanlarının axtarışında olan Avropanın və digər dünya dövlətlərinin diqqətini cəlb etməkdədir.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin prezident seçilməsindən sonra ölkənin davamlı inkişafı təmin olundu, Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi istiqamətində uğurlu strategiya işlənib hazırlandı. Dövlət idarəçiliyində zəngin təcrübəyə malik olan ulu öndər ilk növbədə daxildə davamlı sabitliyi təmin etdikdən sonra müstəqil dövlətimizin beynəlxalq aləmdə əlaqələrinin genişləndirilməsi məqsədi ilə mühüm əhəmiyyət kəsb edən tədbirlərin həyata keçirilməsinə nail oldu. Əvvəlki rəhbərlərin xarici siyasətdə yol verdikləri kobud səhvlər tədricən aradan qaldırıldı. Azərbaycanın sülhsevər, demokratik proseslərin inkişafına xüsusi önəm yetirən müstəqil dövlət olması barədə beynəlxalq aləmdə rəy formalaşdı və möhkəm inam yarandı. Azərbaycanın öz milli maraqlarının gerçəkləşdirilməsi, həmçinin regional və qlobal mövqelərinin möhkəmləndirilməsi üçün iqtisadi və siyasi imkanlardan məharətlə istifadə edildi. Ümummilli liderin davamlı daxili və xarici siyasəti nəticəsində Azərbaycan regionda lider və beynəlxalq aləmdə etibarlı, inamlı tərəfdaş ölkə kimi tanındı.
Cənab Prezidentin başçılığı ilə Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu daxili və balanslaşdırılmış xarici siyasət həm regional, həm də beynəlxalq müstəvidə mövqeyimizin möhkəmlənməsini daha da sürətləndirərək bizi yeni-yeni qələbələrə doğru ruhlandırmaqdadır. O, YAP-ın son qurultayında yenə də qlobal liderlik keyfiyyətini və təşəbbüskarlığını ortaya qoyaraq çox mühüm ideyalar irəli sürüb. Bu ideyalarda əsas prioritet xalqın siyasi, maddi və mədəni rifahını yüksəltməkdir. Prezident qeyd edib ki, iqtisadi bazar dar olanda heç kim investisiya qoymayacaq. Əgər orada adam yoxdur, pul yoxdursa, nəyə qoyacaq investisiyanı. Bizdə isə əksinədir. İnvestisiyalar böyük axınla gəlirdi, əhali artırdı, 10 milyona çatmışıq. İndi Ermənistan əhalisi 1,8 milyon, bizim əhalimiz 10 milyondur.
Bütün bunlar bir vətəndaş kimi xalqımızı, ölkəmizin hər bir vətəndaşını sevindirir, Vətənin yüksəlişi yolunda yeni-yeni qələbələrə ruhlandırır. Biz möhkəm inanırıq ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət strategiyasının hörmətli Prezidentimiz tərəfindən uğurlu davamı müstəqil dövlətimizin dünya birliyindəki mövqelərini daha da artıracaq.
Vüsal Kazımov, YAP Cəlilabad rayon gənclər təşkilatının sədri




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir