Qarabağda Rusiya hərbi kontingentinin himayəsindəki separatçı rejim sement və başqa tikinti materialları istehsal edəcək zavod açıb.
Unikal.org news.am-a istinadən xəbər verir ki, bu barədə Araik Arutyunyan öz “Facebook” səhifəsində yazıb.
O, investisiya layihəsinə 2 milyon dollardan çox pul ayrıldığını dilə gətirib. Araik, ” Sementlə yanaşı, zavodda, ərazidə tikinti işlərində geniş istifadə olunacaq digər tikinti materialları da istehsal ediləcək”, -deyə qeyd edib.