ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin tezliklə həll olunmayacağı təqdirdə Rusiya ixracına yeni rüsumlar və sanksiyalar tətbiq etmək niyyətindədir.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə “Truth Social” hesabında yazıb.
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
“Rusiyaya zərər vermək fikrim yoxdur. Mənim Rusiya xalqına sevgim var və Prezident Putinlə həmişə yaxşı münasibətdə olmuşam. Əgər biz tezliklə razılıq əldə etməsək, mənim Rusiyanın ABŞ-yə və digər ölkələrə satdığı hər məhsula yüksək vergilər və sanksiyalar tətbiq etməkdən başqa yolum qalmayacaq”, – Amerika lideri qeyd edib.
O, həmçinin Rusiya tərəfinə yaxşılıq etməyə hazır olduğunu bildirib.
“İndi qərar verin və bu mənasız müharibəni dayandırın. Yoxsa vəziyyət daha pis olacaq”, – Tramp yazıb.