ürkiyənin Bolu vilayətində dağ-xizək kurortunda yerləşən hoteldə yanğın zamanı həlak olanlardan biri də “Türk Hava Yolları”nın (THY) əməkdaşı Zehra Sena Gültekin olub.
“Qafqazinfo” “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, Zehra həyat yoldaşı, 3 uşağı və 9 ailə üzvü ilə birlikdə Kartalkayaya tətil üçün səfər edib.
Lakin bədbəxt hadisə nəticəsində özü, əri, 3 uşağı və yaxınları həyatını itirib.
Onun hadisə baş verən zaman anasına zəng edərək ondan hallalıq istədiyi məlum olub.
Xatırladaq ki, dəhşətli yanğında ölənlərin sayı 76 nəfərə çatıb.