Gələn il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 30, 31-i Ramazan bayramı, iyunun 6, 7-si Qurban bayramı günləri kimi müəyyən edilib.
Nəzərdə tutulan günlər iş günü hesab edilmir.
Qeyd edək ki, 22 və 23 mart tarixləri şənbə-bazar günlərinə təsadüf etdiyi üçün martın 25-i və 26-sı da qeyri-iş günləri olacaq.