Alimenti təkcə ata ödəməli deyil – Məbləğ necə hesablanır? | DEFAKTO.AZ Alimenti təkcə ata ödəməli deyil – Məbləğ necə hesablanır? – DEFAKTO.AZ

Alimenti təkcə ata ödəməli deyil – Məbləğ necə hesablanır?

5

Bir çox halda boşanandan sonra da tərəflər arasında mübahisələr davam edir. Təbii ki, narazılıqlar ən çox alimentlə bağlı olur.

Maraqlıdır, alimenti ancaq valideynlər ödəməlidir? Onun məbləği necə müəyyən olunur?

“Qafqazinfo” xəbər verir ki, Ailə Məcəlləsinə görə, nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməkdir. Uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.

Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:

– Bir uşağa görə valideynin gəlirlərinin dörddə bir hissəsi;

– İki uşağa görə valideynin gəlirlərinin başqa üçdə bir hissəsi;

– Üç və daha çox uşağa görə valideynin gəlirlərinin yarısı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir