Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? – Polis araşdırır | DEFAKTO.AZ Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? – Polis araşdırır – DEFAKTO.AZ

Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? – Polis araşdırır

4

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova Azərbaycanda fəaliyyət göstərən bəzi estetik cərrahların onu hədələdiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayan Ataşovanın sözlərinə görə, “rezidenturasız cərrahlar” kimi fəaliyyət göstərən bəzi şəxslər susması üçün səhifələrinə haker hücumları təşkil edir.

Jurnalist bir neçə estetik cərrahın adını çəkib. İddia edib ki, övladlarının həyatına zərər yetiriləcəyi barədə təhdid mesajları alır: “İnstaqram hesabımda bu təhdid mesajlarının çoxsaylı nümunələri mövcuddur. Bu gün yalnız birini paylaşaraq vəziyyətin nə qədər ciddi olduğunu göstərmək istəyirəm. Bu şəxslər həkim adını diplomla deyil, qeyri-qanuni yollarla qazanmağa üstünlük veriblər”.

Təhdid mesajının fotosunu paylaşan Q.Ataşova məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini deyib.

DİN Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev sorğumuza cavab olaraq bildirib ki, Q.Ataşovanın müraciəti ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, bir müddət əvvəl Q.Ataşova instaqram səhifəsində 50-yə yaxın estetik cərrahın adını paylaşaraq onların saxta yollarla fəaliyyət göstərdiyini bildirib. Bu məsələ geniş müzakirlərə səbəb olub. Ötən gün isə jurnalistin instaqram səhifəsi bağlanıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir