Bakıda məmur qəfil vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, Hesablama Palatasının Maliyyə və təchizat şöbəsinin sektor müdiri Ağayev Namiq Ataxan oğlu dünyasını dəyişib.
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Onun səhhətində daha öncədən hər hansı problemin olmadığı, qəfil ürəktutmadan həyatını itirdiyi bildirilir.
Qeyd edək ki, N.Ağayev bu il iyunun 24-də Prezidentin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdi.