Nyu-Yorkda itlər arasında fəxri mer seçkilərinin birinci turu başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The New York Post” yazır.
İlk turda Pepper adlı it Zaila üzərində 484-ə qarşı 355 səslə qalib gəlib.
Müsabiqənin təşkilatçısı Şərqi Harlem sakini Stiven Kalabriya olub. Onun sözlərinə görə, bu müsabiqə ilə amerikalıları “siyasi dəlilikdən” yayındırmaq və sığınacaqlardan ev heyvanlarını sahibləndirmək istəyənlərin sayını artırmaq istəyir.
“İtlər heç vaxt pulunuzu oğurlamaz. Onlar nə qaz qiymətləri, nə də faiz dərəcələri haqqında heç nə bilmirlər. Onlar sadəcə səni sevmək istəyirlər”, – deyə o bildirib.
Qeyd edək ki, seçkilər iki ildən bir keçirilir. Qalib noyabrın 4-də səsvermə yolu ilə müəyyən olunacaq.