Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb | DEFAKTO.AZ Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb – DEFAKTO.AZ

Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb

46

VI çağırış Milli Məclisin üzvü Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb.

Məlumatı “DEFAKTO.az”a V.Əhmədov təsdiqləyib.

O bildirib ki, 59 saylı Quba seçki dairəsinə müraciət edərək könüllü şəkildə namizədliyini geri götürüb:

“Kifayət qədər yaşım var. Ailəm və yaxınlarım mənə istirahət etməyi tövsiyə ediblər. Mən hər zaman dövlətimin, millətimin və xalqımın yanındayam. Bundan sonra da dövlətim və xalqım üçün əlimdən gələni etməyə hazıram”.

Qeyd edək ki, V. Əhmədov III, IV, V və VI çağırış Milli Məclisin deputatı olub.

Xatırladaq ki, iyunun 28-də Azərbaycan Prezidenti İlham Əliyev altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir