“Yalnız bu şərtlə Ərdoğanla görüşə bilərik” – Bəşər Əsəd | DEFAKTO.AZ “Yalnız bu şərtlə Ərdoğanla görüşə bilərik” – Bəşər Əsəd – DEFAKTO.AZ

“Yalnız bu şərtlə Ərdoğanla görüşə bilərik” – Bəşər Əsəd

82

“Suriya Türkiyə ilə münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün təşəbbüslərə müsbət yanaşır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd seçicilərlə söhbəti zamanı deyib.

O bildirib ki, ölkəsi yalnız beynəlxalq hüququn prinsiplərinə əməl olunduğu halda belə bir addım atmağa razı olacaq.

“Kimsə qonşuları ilə problem yaşamaq istəməz. Suriya Türkiyə ilə görüşməyə və müəyyən qaydalara uyğun olaraq onunla əlaqələri yaxşılaşdırmağa hazırdır.

Söhbət beynəlxalq hüququn prinsiplərinə əməl olunmasından gedir. Bunu ona görə edirik ki, Suriya-Türkiyə münasibətlərinin normallaşması istiqamətində davam edən səylərin dayanıqlı olmasını azulayırıq”, – deyə Əsəd bildirib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir