İsveç şirkətinin 5 min əməkdaşı Gürcüstanda tətil elan etdi | DEFAKTO.AZ İsveç şirkətinin 5 min əməkdaşı Gürcüstanda tətil elan etdi – DEFAKTO.AZ

İsveç şirkətinin 5 min əməkdaşı Gürcüstanda tətil elan etdi

43

İsveçin “Evolution” oyun tərtibatçısı şirkətinin Gürcüstandakı müəssisəsinin 5 min əməkdaşı iyulun 12-nə tətil elan edib.

Bu barədə Gürcüstanın “OC Media” saytı məlumat yayıb.

Bildirilir ki, şirkət əməkdaşları daha yaxşı iş şəraiti və yüksək maaş tələb edirlər.

“Biz az sayda əməkdaşımızı təmsil edən yerli həmkarlar ittifaqı, habelə hökumət tərəfindən təyin edilmiş vasitəçilər ilə konstruktiv dialoqu başa çatdırdıq. Təəssüf ki, razılığa gəlmədik”, – şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Karl Linton deyib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir