Məleykə Abbaszadə: “Bu il 11-ci siniflərin imtahan nəticələri yüksək olub” | DEFAKTO.AZ Məleykə Abbaszadə: “Bu il 11-ci siniflərin imtahan nəticələri yüksək olub” – DEFAKTO.AZ

Məleykə Abbaszadə: “Bu il 11-ci siniflərin imtahan nəticələri yüksək olub”

99




“Bu il 11-ci siniflərin imtahan nəticələri yüksək oldu, orta bal Azərbaycan dili fənnindən doqquz bal artıb”.

DEFAKTO.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə deyib.

“Bu artım riyaziyyat fənnində də var, təqribi 5-6 bal. Hesab edirik ki, bu çox yaxşı nəticədir”, – o əlavə edib.

DİM sədri gələn il daha yaxşı nəticələrin olacağına inandığını bildirib.