Gəncədə FACİƏ: 26 yaşlı gənc dəm qazından boğuldu | DEFAKTO.AZ Gəncədə FACİƏ: 26 yaşlı gənc dəm qazından boğuldu – DEFAKTO.AZ

Gəncədə FACİƏ: 26 yaşlı gənc dəm qazından boğuldu

28




Gəncə şəhərində dəm qazından ölüm faktı qeydə alınıb.

“DEFAKTO.az”un məlumatına görə, şəhər ərazisində binaların birində kirayədə yaşayan 1998-ci il təvəllüdlü Ş.Məmmədov dəm qazından boğularaq ölüb.

Onun meyiti tibbi ekspertizaya aparılıb.

Fakt araşdırılır.