Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu | DEFAKTO.AZ Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu – DEFAKTO.AZ

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

22




Bu gün Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuranın iclası keçirilib və iclasda Mətanət Əsgərqızı (Mətanət Cəfərova) İctimai Şuranın Etik Davranış Kodeksini kobud şəkildə pozduğuna görə, Şura üzvlüyündən çıxarılıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, araşdırmalar zamanı məlum olub ki, M.Əsgərqızı İctimai Şura üzvlüyü vəsiqələrindən sui-istifadə edərək ayrı-ayrı vəzifəli şəxsləri hədələməyə, bu statusdan fürsət düşən hər yerdə imtiyaz üçün istifadə etməyə çalışıb. Su və kanalizasiya idarələrinin də Mətanət Əsgərqızının əlindən bezdiyi deyilirdi. Belə ki, “Azərsu” yanında İctimai Şura üzvlərinin səlahiyyət müddəti çoxdan ötsə də, Mətanət Əsgərqızı saxtakarlıq edərək özünü bu Şuranın üzvü kimi təqdim edirdi və müxtəlif xahişlər edirdi. 

Əslində, cəmiyyətdə kifayət qədər nüfuzlu QHT təmsilçilərinin yer aldığı Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya belə bir şəxsin seçilməsi çox qəribə idi. M.Əsgərqızının vaxtilə himayədarlarının köməyi ilə qeyri-sağlam üsullarla bu Şuraya düşməsi barədə məlumatlar vardır. 

“Reket QHT” sədrinin yaxın günlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimai Şurasından da qovulacağı barədə informasiyalar yayılıb. 

Şəhid ailələrinin adından sui-istifadə edərək onları aldadan Mətanət Əsgərqızının fəaliyyətinə hüquqi qiymət veriləcəyi gözlənilir.

Qeyd edək ki, bu yaxınlarda Mətanət Əsgərqızının reketlik, şantaj fəaliyyəti ilə əlaqədar çoxsaylı faktlar ictimailəşib.