Qaxda evdən Gürcüstan vətəndaşının meyiti tapıldı | DEFAKTO.AZ Qaxda evdən Gürcüstan vətəndaşının meyiti tapıldı – DEFAKTO.AZ

Qaxda evdən Gürcüstan vətəndaşının meyiti tapıldı

22




Qaxda evdən kişi meyiti tapılıb.

“DEFAKTO.az”un məlumatına görə, hadisə Qax şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Gürcüstan Respublikası vətəndaşı, 1952-ci il təvəllüdlü Zurab Celiqadzenin meyiti Qax şəhərində kirayə qaldığı evdə aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım briqadası cəlb olunub.

Müayinə zamanı Z.Celiqadzenin ürəktutmasından öldüyü məlum olub.