Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlanıb | DEFAKTO.AZ Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlanıb – DEFAKTO.AZ

Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlanıb

12




Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlərlə Samid Məmmədov və əvvəllər məhkum olunmuş Nurəli Məmmədov saxlanılıblar.

Onların olduğu “Opel” markalı avtomobildən 14 kiloqram marixuana aşkarlanıb. Saxlanılanların narkotik vasitəni İranda yaşayan şəxsiyyəti istintaqla araşdırılan narkotacirdən əldə etdikləri və ölkə ərazisində deyiləcək yerlərə çatdırmağı planlaşdırdıqları müəyyən olunub. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.