Ələt reydində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində sahildən 10,7 mil (17 km) məsafədə ümumi çəkisi 26 kiloqram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
DEFAKTO.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilib ki, may ayının 12-də DSX-nin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri, texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində marixuana aşkar olunaraq götürülüb.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.