AK nümayəndəsi: “İrəvanla Bakı arasında normallaşma kommunikasiyaların açılmasına imkan verəcək” | DEFAKTO.AZ AK nümayəndəsi: “İrəvanla Bakı arasında normallaşma kommunikasiyaların açılmasına imkan verəcək” – DEFAKTO.AZ

AK nümayəndəsi: “İrəvanla Bakı arasında normallaşma kommunikasiyaların açılmasına imkan verəcək”

10




“Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması çox vacibdir, çünki bu, Azərbaycan, Gürcüstan, Türkiyə və Ermənistan arasında regional nəqliyyat kommunikasiyalarının açılmasına töhfə verərdi”.

Bunu Avropa Komissiyasının Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktoru Adrienn Kirali mayın 14-də İrəvanda “Dayanıqlı ticarət, enerji və logistika marşrutlarının inkişafında Cənubi Qafqazın rolu” mövzusunda keçirilən müzakirələr çərçivəsində bildirib.

Müzakirələr Avropa Yenidənqurma və İnkişaf Bankının iclası zamanı baş tutub.

Mənbə: Ermənistan KİV