“Moskva və Ankara xüsusi kanallar vasitəsilə dialoq aparırlar”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə News.ru-nun Türkiyədə çevriliş təhlükəsi ilə bağlı sualını cavablandırarkən deyib. Jurnalist 2016-cı ildə Rusiya tərəfinin öz kanalları vasitəsilə Türkiyə tərəfinə sui-qəsdin üstünü açmağa yardım etdiyini xatırladaraq, Moskvanın analoji addımı yenidən təkrarlayıb-təkrarlamayacağını soruşub.
Zaxarova Moskvanın reytinq, yaxud özünü göstərmək məqsədini güdmədiyi üçün həmin vaxt bu dəstəyi açıq şəkildə etmədiyini xatırladıb.
“Bu dəstək konstruktiv şəkildə müvafiq kanallar vasitəsilə edilib. Və biz ənənəvi olaraq türkiyəli həmkarlarımızla belə dialoqu davam etdiririk”, – deyə o vurğulayıb.