Eşqi Bağırovdan cinayət törətməkdə şübhəli bilinən direktor müavini ilə bağlı AÇIQLAMA | DEFAKTO.AZ Eşqi Bağırovdan cinayət törətməkdə şübhəli bilinən direktor müavini ilə bağlı AÇIQLAMA – DEFAKTO.AZ

Eşqi Bağırovdan cinayət törətməkdə şübhəli bilinən direktor müavini ilə bağlı AÇIQLAMA

20




Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov cinayət törətməkdə şübhəli bilinən 55 nömrəli məktəbin direktor müavini Elsevər İslamovla bağlı məsələyə münasibət bildirib.

DEFAKTO.az xəbər verir ki, agentlik direktoru məsələnin hazırda araşdırıldığını vurğulayıb.

“Biz yekun nəticəni gözləyirik. Bildiyim qədər ilə həmin şəxs artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunub. Ümid edirəm ki, ədalətli qərar olacaq”.

E.Bağırov onu da qeyd edib ki, E.İslamov uzun müddətdir, direktorun tədris işləri üzrə müavini kimi fəaliyyət göstərir, pedaqoji fəaliyyətlə məşğul olmayıb.

Qeyd edək ki, Müsavat Partiyasının itkin düşmüş fəalı Natiq Mehdi qətlə yetirilib. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumata əsasən, onun iş yoldaşı 1966-cı il təvəllüdlü Elsevər Eldar oğlu İslamov tərəfindən şəxsi münasibətlər zəminində öldürülməsinə və Xəzər rayonu ərazisində basdırılmasına əsaslı şübhələr müəyyən edilib.

Könül Cəfərli