Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı – FOTO | DEFAKTO.AZ Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı – FOTO – DEFAKTO.AZ

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı – FOTO

20




Rusiyanın Saxalin vilayətinin Xolmoqor şəhər dairəsində, Leninin abidəsinin təmiri və bərpası işləri zamanı 1970-ci ildə gələcək nəsillərə mesaj kimi qoyulmuş zaman kapsulu tapılıb.

Bu barədə bölgə meri Dmitri Lyubçinov özünün “Telegram” kanalında məlumat verib.

“Bu gün zaman kapsulu – 1970-ci ildə Xolmsk Gəmiqayırma Zavodunun komsomolçularından 2018-ci ilin nəslinə mesaj aşkar edildi”, – deyə o, paylaşımda bildirib.

Dmitri Lyubçinovun sözlərinə görə, kapsulu hələ 6 il əvvəl, 2018-ci ildə tapmağa çalışıblar, lakin bütün cəhdlər boşa çıxıb. Beləliklə də komsomolçuların mesajı 54 ildir abidədə “yatılı qalıb”. Daha sonra mer söz verib ki, mesajın məzmunu yerli sakinlərə açıqlanacaq.  

Mənbə: KP.ru