Orenburqdakı “uçan at” sosial şəbəkələrin fenomeninə çevrilib. Kadrlar internetdə virus sürəti ilə yayılıb və istifadəçilər tərəfindən xeyli müzakirə olunub.
Əslində burada heç bir sehr yoxdur. Kadrlarda qar kimi bəyaz atın seldən xilas anı əks olunub.
Məlumata görə daşqınlar başlayanda yemin köməyi ilə evin ikinci mərtəbəsinə çıxarılan at, 10 gün eyvanda yaşayıb.
Sular çəkiləndə isə, at ürküb və yerə düşməkdən imtina edib. Nəticədə o, avtokran vasitəsilə endirilib. Yerli məşhura çevrilmiş ata artıq ad da qoyulub. Sakinlər belə “uçuşdan” sonra onu zarafatla “Peqasus” adlandırmağa başlayıblar.
Mənbə: “Shot” “Telegram” kanalı