Körpə Rzanın anası: “Müalicə üçün dəstəyə ehtiyacımız var” – FOTO | DEFAKTO.AZ Körpə Rzanın anası: “Müalicə üçün dəstəyə ehtiyacımız var” – FOTO – DEFAKTO.AZ

Körpə Rzanın anası: “Müalicə üçün dəstəyə ehtiyacımız var” – FOTO

17




Körpə Rzanın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə DEFAKTO.az-a onun anası Ulduz Abdullayeva məlumat verib.

O bildirib ki, övladı bir müddət əvvəl əməliyyat olunub:

“Rza bir yaş səkkiz aylıqdır. Körpə olarkən mədəsində polip olduğunu öyrəndik. Həmin gündən də müalicələrini vaxtı-vaxtında etmişik. Bir müddət əvvəl əməliyyat olunaraq mədəsindəki polipi götürüblər. Hazırda isə Rza müalicə almalıdır”.

Ulduz Abdullayeva övladının müalicəsi üçün yardımsevər şəxslərdən dəstək istəyib:

“Biz imkansız ailəyik. Evdə tək yoldaşım işləyir. Tək onun maaşı ilə həm evi keçindirmək, həm Rzanın müalicəsini etmək, inanın, mümkün deyil. Hazırda Rzanın müalicəsi üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarınə xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 924-21-30.

Uni Bank: 5243 7544 4936 3280.