Türkiyəli sosial fenomen azadlığa buraxıldı – FOTO | DEFAKTO.AZ Türkiyəli sosial fenomen azadlığa buraxıldı – FOTO – DEFAKTO.AZ

Türkiyəli sosial fenomen azadlığa buraxıldı – FOTO

15




Türkiyədə ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən Nihal Candan azadlığa buraxılıb. Buna səbəb kimi onun həbsxanada anoreksiyaya tutulması olub.

Qeyd edək ki, ucuz avtomobil vədi ilə bir çox insanı aldadan şəbəkənin üzvləri olduğu müəyyən edilən Bahar Candan və Nihal Candan bacıları 2023-cü il noyabrın 14-də saxlanılıblar, noyabrın 16-da isə həbs ediliblər. Mərmərə həbsxanasına köçürülən bacılardan Nihal həbsinə etiraz olaraq yemək yeməməyə başlayıb. Bir müddət sonra qidalanma vərdişləri pisləşən fenomenə “nevrotik anoreksiya” diaqnozu qoyulub.

Bu xəstəlik səbəbi ilə 37 kiloya qədər arıqlayan Nihal Candanın psixoloji baxımdan da narahat olduğu müəyyən edilib.

Həkimlər dünən xəstəxanaya yerləşdirilən Candanın həbsxanada müalicəsinin davam etdirilə bilməyəcəyini deyiblər. Vəziyyəti qiymətləndirən məhkəmə, Candanın həbssiz mühakimə üzrə sərbəst buraxılmasına qərar verib.

Mənbə: Hurriyet