Bu gün səhər saatlarından etibarən Tavuş sakinlərinin bağladıqları Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolu açılıb.
Qeyd olunub ki, etirazçıların bəziləri avtomobillərini yığışdırmağa razılaşıblar.
Etirazçılara söz verilib ki, sabah Ermənistan hökumətinin baş nazirinin müavini Mqer Qriqoryan şəxsən onlarla görüşəcək.
Mənbə: Sputnik Ermənistan