Milçəklərdən təbii yolla əbədi xilas olmağın yolu açıqlandı – FOTO | DEFAKTO.AZ Milçəklərdən təbii yolla əbədi xilas olmağın yolu açıqlandı – FOTO – DEFAKTO.AZ

Milçəklərdən təbii yolla əbədi xilas olmağın yolu açıqlandı – FOTO

18




Yaya az qalıb, onunla birlikdə milçəklər və ağcaqanadların mövsümü də gəlir.

Britaniyalı alimlər bu çağırılmamış qonaqları qısa müddətdə qurtulmaq üçün təbii üsul fikirləşiblər və nəticənin möhtəşəm olduğunu bildiriblər.

Bunun üçün sirkə, zeytun yağı və şampunun bərabər nisbətdə qarışdırılması ilə “kokteyl” hazırlanır. Alimlər yarım stəkanın kifayət olduğunu bildiriblər. Həmin qarışıq bir boşqabda görünən yerə qoyulur.

Mütəxəssislərin sözlərinə görə, nəticə özünü çox gözlətmir. Müəmmalı səbəblərə görə cəmi beş dəqiqə ərzində həşəratlar qarışığa toplanırlar, sonra elə orada da ölürlər.

Mənbə: KP.ru