“Qarabağ” dünya reytinqinin ilk “100-lüy”ündə qərarlaşan yeganə postsovet məkanı klubudur | DEFAKTO.AZ “Qarabağ” dünya reytinqinin ilk “100-lüy”ündə qərarlaşan yeganə postsovet məkanı klubudur – DEFAKTO.AZ

“Qarabağ” dünya reytinqinin ilk “100-lüy”ündə qərarlaşan yeganə postsovet məkanı klubudur

16


“Qarabağ” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı dünya reytinqində postsovet məkanı klublarının siyahısında yenidən birinci pillədə qərarlaşıb.

DEFAKTO.az xəbər verir ki, dünyada 61-ci, Avropada isə 42-ci yerə yüksələn Azərbaycan çempionu keçmiş SSRİ klubları arasında ən yaxşı göstəriciyə malik komandadır.

Bir ay əvvəlki reytinqlə müqayisədə doqquz pillə irəliləyən Ağdam təmsilçisini Ukrayna “Şaxtyor”u izləyir. Donetsklilər 103-cü pilləyə qədər geriləyiblər. Ümumiyyətlə, “Qarabağ” postsovet məkanı klubları arasında ilk “100-lüy”ə düşən yeganə komandadır.

Azərbaycanın reytinqdəki digər komandası “Neftçi” isə 17-cidir.

Postsovet məkanı klublarının ilk “10-luğ”u:

1 (dünyada 61-ci). “Qarabağ” (Azərbaycan) – 164,75 xal

2 (103). “Şaxtyor” (Donetsk, Ukrayna) – 132,5

3 (190). “Şerif” (Moldova) – 90,5

4 (207). “Zarya” (Ukrayna) – 85,5

5 (213). “Pünik” (Ermənistan) – 84,5

6 (221). RFŞ (Latviya) – 83,5

7 (226). “Riqa” (Latviya) – 82,5

8 (238). “Dnepr-1” (Ukrayna) – 79,25

9 (283). “Panevejis” (Litva) – 70

10 (301). “Urartu” (Ermənistan) – 68

Türkiyə klublarından yalnız “Fənərbağça” və “Qalatasaray” “Qarabağ”dan öndədirlər. Hesabında 208,5 xal olan birincilər 18-ci pilləyə yüksəliblər. “Qalatasaray” isə 200 xalla dünyanın 26-cı komandasıdır.