Missuri ştatı Texasa Milli Qvardiya bölmələri göndərir | DEFAKTO.AZ Missuri ştatı Texasa Milli Qvardiya bölmələri göndərir – DEFAKTO.AZ

Missuri ştatı Texasa Milli Qvardiya bölmələri göndərir

14


ABŞ-nin Missuri ştatı cənub sərhədinin qorunmasına kömək üçün Texas hakimiyyətinə Milli Qvardiya bölmələrini göndərəcək.

Bu barədə Missuri qubernatoru Mayk Parson mətbuat konfransı zamanı bildirib. 

Qubernatorun sözlərinə görə, cənub sərhədinin patrulu məqsədilə Texasa 200 əsgərin göndərilməsi planlaşdırılır.

Tədbirdə qubernatordan başqa, hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən Missuri ştatının İctimai Təhlükəsizlik Departamentinin və Milli Qvardiyanın nümayəndələri iştirak ediblər. Həmçinin, yol-patrul xidmətinin əməkdaşları da öz növbələrində Texasa 20 nəfər göndərmək niyyətində olduqlarını açıqlayıblar.

Xatırladaq ki, Texas Milli Qvardiyası qeyri-qanuni miqrasiya ilə mübarizə məqsədilə Meksika ilə sərhəddə tikanlı məftildən hasar çəkib. Bayden administrasiyasının Ali Məhkəməyə müraciətindən sonra hasarın sökülməsi barədə qərar çıxarılıb, lakin Texas milli qvardiyaçıları federal patrulları sərhədə yaxın buraxmırlar.

Eyni zamanda, respublikaçı qubernatorlar Texas hakimiyyətinin addımlarını dəstəkləyirlər.

ABŞ-nin 10-dan çox ştatı Texasa kömək etmək üçün öz Milli Qvardiya qoşunlarını göndərib. Eyni zamanda, Florida cənub istiqamətinə 1 000 hərbçi göndərmək niyyətini bəyan edib.

Mənbə: Ren.tv