“Geniş ictimaiyyətdə müzakirə olunan məsələlərdən biri – 14 iyulda Qarabağın azadlığı ilə əlaqədar vətəndaşlarımızın həmrəylik mövzusu idi. Həqiqətən də, hər bir vətəndaşımızın qürur duyduğu bir məqam idi. Bütün beynəlxalq ictimaiyyət də gördü ki, Azərbaycan cəmiyyətində Qarabağ məsələsində vahid bir mövqe var. Hər bir Azərbaycan vətəndaşı dövlətlə birlikdə həmrəydir, Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır və işğaldan azad olunmalıdır. Bu, hər birimizi sevindirdi”.
Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib:
“Amma biz burada ictimai toplanma da gördük. Sual olunur ki, bu, epidemioloji vəziyyətə nə dərəcədə təsir etdi? Cavab birmənalıdır. Epidemiloqolar tərəfindən də aidiyyəti araşdırmalar aparılmışdı. Əgər həmin toplanma olmadığı təqdirdə, bugünkü rəqəmlərimiz bəlkə də və əminliklə deyə bilərik ki, daha da aşağı bir şəkildə ola bilərdi.
Orada bəzi provokasiya addımları da oldu – Milli Məclisin ərazisinə qeyri-qanuni giriş. Bu, tamamilə başqa bir mövzunun müzakirəsidir. Amma burada COVID daşıyıcısı insanların da sərbəst hərəkəti kimi elementlər vardı”.
Ölkə
“14 iyulda Qarabağın azadlığı ilə bağlı yürüş olmasaydı, yoluxma sayı daha aşağı olardı…”
By DEFAKTOAvq 04, 2020, 11:10 səhər
314
Previous PostQarabağ üzrə sabiq həmsədr: “Minsk qrupu bu problemi həll etmək iqtidarında deyil”
Next PostBMT-nin təyyarəsi qəzaya uğradı