Nasist təəssübkeşi Qaregin Njdenin təbliği qəbuledilməzdir.
Bu barədə İsrailin Ermənistan və Moldovadakı qeyri-rezident səfiri Coel Lion “X” sosial şəbəkəsində İrəvanda Njdenin şərəfinə yürüşü şərh edərkən yazıb.
“2024-cü il yanvarın 1-də İrəvanda “Sieg Heil” şüarı altında keçirilən yürüşdən çox narahatam. Nasist təəssübkeşi Qaregin Njdenin təbliği qəbuledilməzdir. Hakimiyyət neonasizmin və antisemitizmin bütün formalarına qarşı qəti mövqe tutmalıdır”, – o yazıb.
Qeyd edək ki, İrəvanda neonasistlər faşist Reyxi ilə əməkdaşlıqda günahlandırılan erməni nasisti Qaregin Njdenin doğum günü şərəfinə yürüş keçiriblər.
Deeply disturbed by the march in #Yerevan, on 1.1.2024, echoing ‘Sieg Heil’ chants. Glorifying Garegin Nzhdeh, a Nazi collaborator is unacceptable. 🇦🇲Authorities must take a firm stand against any form of neo-nazism & antisemitism. @MFAofArmenia
— Joel Lion🎗 (@ambassadorlion) January 3, 2024