Biləsuvar rayonunda üç nəfər dəm qazından zəhərlənib.
“DEFAKTO.az”un məlumatına görə, bir ailənin üzvləri – 1982-ci il təvəllüdlü Ş.Mirzəyev, onun qızı 2009-cu il təvəllüdlü A.M. və 1981-ci il təvəllüdlü E.Novruzlu rayon xəstəxanasına daxil olub.
Pasiyentlərə lazımi tibbi yardım göstərilib.
Onların dəm qazından zəhərlənməsi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.