Misirli tələbə İsmayıl Şıxlının yaradıcılığından müdafiə edəcək | DEFAKTO.AZ Misirli tələbə İsmayıl Şıxlının yaradıcılığından müdafiə edəcək – DEFAKTO.AZ

Misirli tələbə İsmayıl Şıxlının yaradıcılığından müdafiə edəcək

290

Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin “Şərq dilləri” kafedrasında Azərbaycan dili üzrə mütəxəssis yetişdirilir.Elmi Şuranın aldığı qərara əsasən magistratura mərhələsində təhsilini davam etdirən tələbə Zeynəb Əlinin elmi işi, Azərbaycanın görkəmli yazıçısı İsmayıl Şıxlının “Ayrılan yollar” romanı olacaq. Qeyd edək ki, adı çəkilən fakültədə “Vətənpərvər” Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri tədqiqatçı -alim Seymur Nəsirov 2017 –ci ildən bəri Azərbaycn dilini tədris edir. Bu müddət ərzində 500-dən çox tələbəyə Azərbaycan dili ilə yanaşı ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və həqiqətləri ilə bağlı geniş məlumatlar verilir.S. Nəsirov qeyd edib ki, tədris etdiyi tələbələr arasında ilk dəfə ərəb dilində “Azərbaycan dilinin qrammatikası” kitabını yazan da vardır.  “Misirlilərin Azərbaycan dilinə marağı gündən–günə artır. Hədəfimiz misirlilər arasında Azərbaycan dilini bilən və Azərbaycana dostlar qazanmaqdır”.Şərq dilləri kafedrasının qərarına əsasən dosent. Samiya Cəlal və Dr. Seymur Nəsirov elmi rəhbər təyin olunublar. Diaspora sədri bu önəmli qərara görə kafedranın türk dili şöbəsinin müəllimlərinə və rəhbəri.ş professor Cəlal əl-Hifnəviyə öz dərin minnətdarlığını bildirib.Qahirə Universitetində Azərbaycan dilini öyrənən tələbələrdən bir qrupu hazırda diaspora mərkəzində təhsilini davam etdirirlər. Artıq o tələbələr arasında Azərbaycan dilindən ərəb dilinə məqalələr tərcümə etmək səviyyəsində olanlar da var.Qeyd edək ki, hazırda Azərbaycanın Qahirədəki diaspor mərkəzində azərbaycanlılarla yanaşı, dünyanın 27 ölkəsindən 300-dən çox tələbə müxtəlif ixtisaslar üzrə onlayn şəkildə ödənişsiz təhsil alır.Elnur Eltürk




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir