Keniyada alimlər ən qədim insan məzarını tapıblar.
“Defakto.az” TASS-a istinadən xəbər verir ki, 3 yaşlı uşağa aid olan cəsədin 78 min il əvvəl dəfn edildiyi məlum olub. Məzar Panqa-ya–Saidi mağarasında aşkarlanıb.
Alimlər uşağa “Mtoto” adını veriblər. “Mtoto” qolları və dizləri sinəyə sıxılmış vəziyyətdə dəfn edilib.