Suriyanın şimal-şərqindəki Rasulayn şəhərində terror aktı törədilib.
Bu barədə “SANA” agentliyi məlumat yayıb. Partlayış 8 nəfərin ölümünə, 10-dan çox insanın yaralanmasına səbəb olub.
“Al Arabiya” telekanalının məlumatına görə, hadisə bazarın yaxınlığında qeydə alınıb. Belə ki, avtomobilin içərisində olan partlayıcı qurğu işə salınıb. Partlayış nəticəsində 19 nəfər yaralanıb.
Xatırladaq ki, Türkiyə ilə sərhəddə yerləşən Suriyanın Rasulayn şəhəri ötən il Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Suriyada Fərat çayının şərqində apardığı “Sülh çeşməsi” antiterror əməliyyatının başlamasının dördüncü günü terrorçulardan azad edilib.
Hadisə
Suriya-Türkiyə sərhədində terror aktı, çox sayda ölən var
By DEFAKTOİyl 27, 2020, 09:59 səhər
271
Previous PostQarabağda koronavirusdan ilk ölüm halı qeydə alınıb
Next PostŞimali Koreyada ilk koronavirusa yoluxma faktı - Bütöv bir şəhər bağlandı