Hər Azərbaycanlı bir əsgərə çevrilib: “Vur qardaş, elə vur ki, canları acısın…” | DEFAKTO.AZ Hər Azərbaycanlı bir əsgərə çevrilib: “Vur qardaş, elə vur ki, canları acısın…” – DEFAKTO.AZ

Hər Azərbaycanlı bir əsgərə çevrilib: “Vur qardaş, elə vur ki, canları acısın…”

284

Azərbaycanla Ermənistan arasındakı silahlı münaqişə sözün əsl mənasında, DÜNYA MÜHARİBƏSİ statusu qazanıb… İndi hər kəs erməni vəhşiliyinə qarşı vahid mənəvi-psixoloji məkanda, ortaq platformada birləşib… Dünya üzərindəki bütün Azərbaycanlılar vahid orduya çevrilib… Ən önəmlisi isə odur ki, bu birliyin qaynağı kimlərinsə həmrəylik çağırışları deyil, ümumi vətən anlayışı və Azərbaycanlıların gen yaddaşıdır…
Ermənistanın 12 iyulda Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatın yeni nəticələri ortaya çıxmaqda davam edir. Azərbaycan ordusu cəbhə bölgəsində erməni təxribatına sarsıdıcı cavab verdi, düşmənə öz yerini göstərdi. Və artıq Ermənistanın hərb meydanında başını bir daha qaldırmağa cəsarəti çatacağı o qədər də inandırıcı görünmür.
Ancaq ermənilərin təxribatları ucbatından savaş başqa məkanlara daşınıb. Belə ki, cəbhə bölgəsində hərbi avantüra ilə başladılan toqquşmalar artıq bütün dünyaya sıçrayıb. İndi həmvətənlərimizin və ermənilərin yaşadığı bütün şəhərlər, qəsəbələr, ümumiyyətlə, bütün dünya cəbhə xəttinə çevrilib. Yəni Azərbaycanla Ermənistan arasındakı silahlı münaqişə sözün əsl mənasında, DÜNYA MÜHARİBƏSİ statusu qazanıb.
119c7328d394b15b6d746efceb8e1ad8.jpg (107 KB)Erməni vandalları Azərbaycanlıların dinc etiraz aksiyasına quldurcasına basqın edib…

Məsələ ondadır ki, müxtəlif xarici ölkələrdə yaşayan həmvətənlərimiz ermənilərin cəbhə bölgəsində törətdiyi hərbi təxribatlara, vəhşiliklərə seyrçi qalmayıblar. Onminlərə Azərbaycanlı dünyanın müxtəlif ölkələrində ayağa qalxıb, küçə və meydanlara axışıb, erməni vandalizminə etiraz əlaməti olaraq, aksiyalar keçirir.
Xain erməni xisləti özünü oralarda da açıq-aşkar göstərməkdədir. Belə ki, həmvətənlərimizin dinc etiraz aksiyalarına erməni quldur qruplaşmaları vəhşicəsinə basqınlar törədirlər. Həmvətənlərimizi döyürlər, təhqir və qanına qəltan edirlər.
Başlanğıcda həmvətənlərimiz mümkün qədər sakit qalmağa, fiziki təmaslardan yayınmağa üstünlük verirdilər. Nəticədə ermənilər dünyanın bəzi iri şəhərlərində, o cümlədən də, ABŞ-ın Los-Angeles şəhərində və Belçikanın paytaxtı Brüsseldə sözün əsl mənasında, vəhşiliklər törətdilər. Hətta həmvətənlərimizi necə qanına qəltan etdiklərini videoya çəkib, sosial şəbəkələrdə yaymağa başladılar. Yəni açıq-aşkar meydan oxumağa çalışdılar.
Təbii ki, erməni vəhşiliklərinin cavabı mütləq verilməliydi. Odur ki, Rusiyanın paytaxtı Moskvada və Ukraynanın paytaxtı Kiyevdə həmvətənlərimizin ermənilərə layiq olduqları cavabı verməsi qətiyyən gözlənilməz olmadı. Və ermənilərlə haqq-hesab çəkilməsi prosesi hələ də davam edir.
Ermənilərin vəhşicəsinə basqın etdikləri daha bir aksiyadan görüntülər…

Təəssüf ki, indi bəzi “sülhpərvər dədəqorqudlar” da peyda olublar və mövcud situasiyadan öz təbliğatları üçün yararlanmaq fürsətini əldən vermək istəmirlər. Belə ki, bəziləri dünyanın müxtəlif şəhərlərində az qala cahan savaşına başlamış iki millətin barışdırılması missiyasını öz üzərlərinə götürdükləri barədə ictimai rəy yaratmağa çalışırlar. Həmvətənlərimizi təmkinli olmağa çağırırlar, millətimizin imicinin qorunması üçün ermənilərə cavab verilməməsini məsləhət görürlər.
Halbuki, bunun olduqca yanlış çağırış olduğunu sübut etməyə belə, ehtiyac yoxdur. Əgər, ermənilər həmvətənlərimizin dinc aksiyasına quldurcasına basqın edib, insanlarımızı qanına qəltan edirlərsə, onlardan üzr istəmək və ya həmin ərazidən qaçıb, uzaqlaşmaqmı lazımdır? “Təmkinli olmaq lazımdır” deyənlər bunumu nəzərdə tuturlar…
Nəyi nəzərdə tutduqlarını bilmirəm, heç bilmək də istəmirəm. Ancaq bildiyim bir şey var ki, Azərbaycanlıların həmin vəhşiliklərə cavab vermədiklərini görən ermənilər daha da azğınlaşa və dünyanın müxtəlif ölkələrində qarşılaşdıqları həmvətənlərimizə daha cəsarətlə hücum edə, hətta bunu vərdişə, əyləncəyə çevirə bilərdilər.
Buna isə qətiyyən imkan vermək olmaz. Əksinə, erməni hücumlarına qarşılıq vermək daha doğru strategiyadır. Sadəcə, ilk hücum edən tərəf olmağa ehtiyac yoxdur. Amma bir erməni hücum edirsə, həmvətənimizin üzərinə gəlib, vurmağa çalışırsa, onun qarşısından qaçmaq yox, qarşı addım atıb, qabaqlamaq lazımdır.

Ermənilərin dinc aksiyalara basqını nəticəsində qanına qəltan olunmuş Azərbaycanlılar…

Ermənini hücum etdiyinə peşman etmək daha doğru addımdır, nəinki mədəni görünmək xatirinə savaşdan yayınmaq… Çünki düşmənlə savaşdan yayınmaq mədənilik deyil, məhz qorxaqlıq əlamətidir.
Ermənilər Xocalı soyqırımını törətmiş bir millətdir. Belə bir vandal millətin təmsilçisi mədəniyyətdən anlamaz. Onunla yalnız anlayacağı dildən danışmaq lazımdır. Ermənilərlə elə davranmaq lazımdır ki, onlar həmvətənlərimizə hücum etmək fikrini ağıllarından belə, keçirtməyə cəsarət etməsinlər. Əksinə, Azərbaycan adı gələndə qaçıb, gizlənmək üçün yer axtarmaq məcburiyyətində qalsınlar.
Qısacası, dünyanın harasında olması qətiyyən fərq etməz. Düşmənin qarşısından qaçmaq mədəni insan imici yaratmaz. Əksinə, sadəcə, qorxaqlıq sindromu, əziklik kompleksi formalaşdırar. Ermənilərinsə, qarşısındakının geri çəkildiyini və ya qorxduğunu hiss etdikdə daha da vəhşiləşdiklərini qətiyyən unutmaq olmaz.
Məmnunedici haldır ki, hazırda bütün dünyada Azərbaycanlıların ayağa qalxdığı, birləşdiyi və ermənilərlə bütün vasitələrlə savaşmağa hazır olduğu müşahidə edilir. Nəzərə almaq lazımdır ki, indiyə qədər Azərbaycanlılar arasında heç vaxt belə bir həmrəylik və birləşmə meylləri müşahidə edilməmişdi. Və bu ümummilli həmrəylikdən maksimum səviyyədə yararlanmaq və onun həmişə qorunub, saxlanmasına çalışmaq lazımdır.

Məsələ ondadır ki, əvvəllər cəbhə bölgəsində silahlı toqquşmalar baş verirdi. Düşmən hətta cəbhə bölgəsində yaşayan dinc insanları belə, atəşə tuturdu. Və qarşılığında yalnız Azərbaycan əsgəri vətəni qorumaq üçün canını sipər edirdi.
İndisə vəziyyət ciddi şəkildə dəyişib. Bütün Azərbaycan ümumi düşmənə qarşı vahid mövqedə birləşib. Üstəlik, dünya Azərbaycanlıları da ayaqdadırlar, mübarizəyə qatılıblar.Hətta bu dəfə mübarizə meydanında Azərbaycanın xarici ölkələrdəki biznes mərkəzləri də yer almaqdadır. Əvvəlki dövrlərdən fərqli olaraq, bu dəfə məşhur Azərbaycan milyarderləri, nüfuzlu biznes adamları da ermənilərlə ortaqlıqdan imtina ediblər.
Artıq Rusiyada və digər postsovet ölkələrində yaşayan Azərbaycanlı iş adamları öz biznes məkanlarında erməni mənşəli kimsəni görmək belə, istəmirlər. Yəni Azərbaycanlıların biznes məkanlarının qapıları ermənilərin üzünə bərk-bərk qapadılıb.
Bu, önəmli dəyişiklikdir və əhəmiyyətli faktordur. Çünki bundan itirən ermənilər olacaq. Onların para qazanıb, Ermənistanı yedirtmək imkanları nisbətən zəifləyəcək. Və öz vandal davranışlarının onlara hansı zərərlə geri döndüyünü nəhayət ki, anlamaq məcburiyyətində qalacaqlar. 

Belə anlaşılır ki, yalnız Azərbaycan əhalisi deyil, bütün dünya Azərbaycanlıları, o cümlədən, milli biznes adamlarımız, milyarderlərimiz eyni vaxtda ayağa qalxıblar. İndi hər kəs erməni vəhşiliyinə qarşı vahid mənəvi-psixoloji məkanda, ortaq platformada birləşib. Hər Azərbaycanlı bir əsgərə, bütün dünya üzərindəki Azərbaycanlılarsa, vahid orduya çevrilib. Ən önəmlisi isə odur ki, bu birliyin qaynağı kimlərinsə həmrəylik çağırışları deyil, ümumi vətən anlayışı və Azərbaycanlıların gen yaddaşıdır.
Bəli, Azərbaycanlıların gen yaddaşı artıq oyanıb və yenilənib. Bunun ermənilər üçün hansı nəticələri verə biləcəyini görmək üçün yəqin ki, o qədər də çox gözləmək lazım gəlməyəcək.
İndi çox rahatlıqla həmvətənlilərimizə xitab etmək olar: “Vur, qardaş, vur… Amma elə vur ki, nəfəs aldıqca canları acısın…”
Elçin XALİDBƏYLİ,Siyasi ekspert




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir