Bakı sakinindən silah və sursat götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əliyevdən “Naqan” tipli tapança və 7 ədəd patron götürülüb.