Azərbaycan onun suverenliyinə xələl gətirmək cəhdlərinin qarşısını qətiyyətlə alacaq.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə “X” sosial hesabında Almaniya Xarici İşlər Nazirliyinə cavabında qeyd edib.
A.Hacızadə Almaniya XİN-in Qarabağ bölgəsini “dağlıq” adlandırmasına da qarşı çıxıb.
“Ermənistan 30 il işğalçılıq siyasəti yürüdüb, bölgəni “boz zona”ya çevirib. Azərbaycan öz erməni sakinlərini qorumaq və reinteqrasiya etməkdə qətiyyətlidir və qadirdir. Artıq BMT-nin müvafiq qurumları humanitar fəaliyyət və tərksilah prosesi ilə tanış olmaq üçün Qarabağ bölgəsinə səfərə dəvət edilib”, – XİN rəsmisi yazıb.
For the information of one-sided @GermanyDiplo:
1️⃣ Correct title is Garabagh, not Nagorno-Karabakh;
2️⃣ Unlike 🇦🇲, who for almost 30 y. kept this region under occupation & turned it into a lawless grey zone, 🇦🇿 has always advocated for showcasing wrongdoings;
— Aykhan Hajizada (@Aykhanh) September 29, 2023