“Tesla” və “SpaceX”in baş direktoru, “X” sosial şəbəkəsinin rəhbəri İlon Mask Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana TEKNOFEST-ə dəvəti üçün təşəkkür edib.
İlon Mask bununla bağlı “X” hesabında paylaşım edib.
“Gələn il TEKNOFEST-ə şəxsən qatılmağı və Türkiyədə investisiya imkanlarını müzakirə etməyi səbirsizliklə gözləyirəm”, – deyə o qeyd edib.
Mənbə: Haber Global