Cəmil Fərah: “Azərbaycan azad edilmiş ərazilərdə uğurlu infrastruktur layihələri icra edir” | DEFAKTO.AZ Cəmil Fərah: “Azərbaycan azad edilmiş ərazilərdə uğurlu infrastruktur layihələri icra edir” – DEFAKTO.AZ

Cəmil Fərah: “Azərbaycan azad edilmiş ərazilərdə uğurlu infrastruktur layihələri icra edir”

22


“Azərbaycan azad edilmiş ərazilərdə uğurlu infrastruktur layihələri icra edir”.

Bunu “DEFAKTO.az”a Türkiyənin İzmir şəhəri bələdiyyəsinin sədrinin köməkçisi, xəritə mühəndisi Cəmil Fərah Zəngilanda keçirilən “II Azərbaycan Milli Şəhərsalma Forumu” çərçivəsində deyib.

Onun sözlərinə görə, azad edilmiş ərazilərin yenidən bərpası, buraya qaynar həyatın yenidən qayıtması möhtəşəmdir.

“Uzun illər Qarabağın Azərbaycana məxsus olduğunu eşitdik. Nəhayət ki, Qarabağ əsl sahiblərinə qayıdıb. Buna görə fəxr edirik”, – o vurğulayıb.

C.Fərah qeyd edib ki, “II Azərbaycan Milli Şəhərsalma Forumu”nun təşkil edilməsinin təsiri böyükdür:

“Bu cür forum vasitəsilə Azərbaycan dünyaya bir daha haqlı mübarizəsinin ismarışını verir”.

Xatırladaq ki, dayanıqlı urbanizasiya proseslərinin əhəmiyyətini vurğulamaq məqsədilə sentyabrın 29-dan etibarən Azərbaycanda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı çərçivəsində “Şəhərsalma Həftəsi 2023” keçirilir.

“Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumu keçirilib.