FHN əməkdaşı: “Üç yaşında əliyalın çıxdığım Xankəndiyə qəhrəman kimi qayıtdım” – VİDEO | DEFAKTO.AZ FHN əməkdaşı: “Üç yaşında əliyalın çıxdığım Xankəndiyə qəhrəman kimi qayıtdım” – VİDEO – DEFAKTO.AZ

FHN əməkdaşı: “Üç yaşında əliyalın çıxdığım Xankəndiyə qəhrəman kimi qayıtdım” – VİDEO

25


Bir neçə gün öncə Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış nəticəsində baş verən yanğın Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən söndürüldü.

Yanğının söndürülməsinə cəlb olunan FHN əməkdaşları arasında üç yaşında Xankəndidən çıxan və hazıda Gəncə şəhərində yaşayan Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşı Namiq Lələyev də olub.

“Ermənilər yanğınsöndürmə maşınlarını görəndə şoka düşmüşdülər ki, Azərbaycan Respublikası bu qədər inkişaf edib. Onların heç bir şeydən xəbəri yox idi. Fəxr edirəm ki, ilk Xankəndi sakini olaraq üç yaşında əliyalın çıxdığım torpağıma 35 yaşında qəhrəman kimi qayıtdım”, – N.Lələyev deyib.

Namiq Lələyev Ağdama daxil olarkən gördüklərindən dəhşətə gəldiyini qeyd edib:

“Ağdamda düşmən xislətini hər yerdə göstərib. Daşı daş üstündə qoymayıblar. Xankəndidə vəzifəmizi layiqincə yerinə yetirdik. Vaxtında müdaxilə etdik, yanğını söndürdük. Biz doğma Xankəndidə mənfur düşmənə öz mərdliyimizi nümayiş etdirdik”.