ABŞ-nin Nyu-York ştatının qubernatoru Keti Hokul şəhərdə fövqəladə vəziyyət elan edib.
Buna səbəb bir neçə saatdır davam edən leysan yağışları olub.
“Nyu-York, Lonq-Aylend və Hudson vadisində fövqəladə vəziyyət elan edilib”, – deyə Keti Hokul öz “X” hesabında (keçmiş “Twitter”) yazıb.
Qeyd edək ki, ötən gün axşam saatlarından başlayan leysan yağış nəticəsində bəzi küçələri su basıb. La-Quardiya hava limanlarından birinin, eləcə də bir neçə metro xəttinin işi dayandırılıb. Yağışın ən azı daha iki saat davam edəcəyi gözlənilir.
Mənbə: TASS